45-ci APİMONDİA Beynəlxalq Arıçılıq Konqresi
News / 12-10-2017
Dünya Arıçılar Birliyi Federasiyası tərəfindən iki ildən bir təşkil edilən, arıçılıq və turizm sektoru baxımından əhəmiyyət daşıyan, sayca 45-ci olan Apimondia Konqresi bu il Türkiyənin İstanbul şəhərində keçirilib. Konqresə 170 ölkədən 13000 insan qatılıb və 146 arıçılıq şirkəti öz məsullarını nümayiş etdirib. O cümlədən, “Şahdağ-E Arıçılıq” şirkətinin direktoru Elxan Ələkbərovun təşkilatçılığı ilə Azərbaycandan da 30 nəfərlik nümayəndə heyəti iştirak edib.
Bu ilki konqresdə keçirilən səsvermə ilə Rusiya 2021-ci ildə nüfuzlu konfransa ev sahibliyi etmə haqqını əldə etdi. Xatırladaq ki, növbəti Apimondia Konqresi Kanadanın Monreal şəhərində baş tutacaq.