Dil seçimi
az en
işığı
yandır söndür

Son Zamanlar Azərbaycanda Arı Ölümlərinə Səbəb Olan - NOSEMA C E R A N A E

Keçən qış Azərbaycanın bir çox rayonlarında arı ölümləri ilə yadda qaldı. Müvafiq tədbirlər görülməsə xəstəliyin daha da yayılaraq ölümlərin də artacağı gözlənilir. Xəstəliyin törədicisi arıçıların yaxşı tanıdığı nosema apis-ə çox oxşasa da əlamətləri və müalicəsi tamamilə fərqlidir. Xəstəliyin kütləvi ölümlərə yol açmasının əsas səbəbi odur ki, xəstəliyin diger fəsadları ilə bərabər arılarda hərəkətsizlik (uyuşma) müşahidə olunur. Buna görə varroaya qarşı pereparatlar gözlənilən effekti vermir və bunun nəticəsi olaraq varroa olan arıda hər cür xəstəlik baş qaldırır.

ƏLAMƏTLƏRİ: İl boyunca arıxanada sürünən arılara rast gəlmək və arıların yuvanı tərk etməsini müşahidə etmək mümkündür.
Xəstəlk güclü ailələrə daha tez yoluxur. Əgər ana arı da xəstəliyə yoluxubsa ailəni xilas etmək üçün daha intensiv yumurta qoyur. Yumurtalara qulluq etmək üçün arı sayı kifayət etmədiyi üçün ailənin düzəni alt-üst olur.
Stresə girən arılar günahı ana arıda görür ve ana arını tez-tez dəyişirlər.
Erkən yazda bəzən yeşiyin dibində kütləvi surətdə ölmüş arılara rast gəlinir. Arıçı bunun zəhərlənmə olduğunu düşünür. Bəzən də ana bir ovuc ari ilə qalır.
Xəstəliyin son mərhələsində nosema apis-də olduğu kimi ishal da görülə bilər.
MÜALİCƏ VƏ PROFLAKTİKA. Xəstəliyin müalicəsi Fumagillin pereparatı ile mümkündür. Lakin pereparatın çox bahalı olduğunu, bir çox ölkələrdə qadağan olduğunu və Azərbaycanda da çətin tapıldığını nəzərə alsaq təsiri fumagillin qədər olmasa da digər vasitələrdən istifadə etmək olar. 
Bunlardan biri keçən əsrin 60-cı illərindən bu günə qədər Rusiya arıçılıq mütəxəssislərinin təklif etdiyi acı yovşan dəmləməsidir. 40 qr (8 xörək qaşığı) düzgün qurudulmuş üyüdülmüş acı yovşanı 800 ml (4 stəkan) suda yarım saat dəmləyərək bunu 12 lt şərbətə qatmaq lazımdır. Hər ailəyə 500 qr olmaqla 2-3 gün ara ilə 5 dəfə yəmləmə apamaq məsləhət görülür. 40 qr acı yovşanı 12 lt qaynar suya tökmək, 30 dəq gözləmək, süzdükdən sonra bu suda şərbət hazırlamaq olar.
Türkiyəli mütəxəsslər kəklikotu suyunu məsləhət görürlər. 1 lt kəklikotu suyu 8 lt şərbətə (2 hissə şəkər, 1 hissə su) qatılaraq hər ailəyə 0,5 lt verilir. Yemləmə 1 həftə ara ilə 2 dəfə aparılır.
Xəstəlik zamanı Rusiya istehsalı olan timol Türkiyə istehsalı olan bitki qarışıqları da işlədilə bilər.
Xəstəliyin geniş yayıldığını nəzərə alsaq arıxanada bu xəstəlik varmış kimi erkən yazda və payızda tədbirlərin görülməsi məsləhətdir.

DİQQƏT: Nosema seranae yoluxucu xəstəlikdir.
Arıxanada dezinfeksiya işləri aparılmalıdır. Dezinfeksiyanı 5%-li kül, 2 %-li NaOH (potaj) ve s aparmaq olar

 

 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.