Dil seçimi
en az
işığı
yandır söndür

BEÇƏVERMƏ

ari becesi

    Arı ailəsi beçəvermə yolu ilə çoxalırlar.Arı ailəsində sürfələri yemləmək üçün tələb olunduğundan çox arı yetişdikdə beçəvermə dövrü başlayır.Bu zaman yemləyici arılarda çoxlu süd toplanır və bunun nəticəsində onların fizioloji vəziyyəti dəyişir və ananı beçə kasacığına yumurta qoymağa məcbur edirlər.Bu vəziyyət arı ailəsinin beçə verməyə hazırlaşdığını göstərir. Beçəverməyə hazırlaşan arılar ancaq həyat üçün zəruri olan işləri yerinə yetirir: su gətirir, pətəyin havasın dəyişdirir. Bundan başqa ana yumurta qoymanı azaldır, arılar şan hörmə işini dayandırır, pətəyə nektar və çiçək tozu gətirilməsini azaldır, pətəkdə olan yem ehtiyatı sürətlə sərf olunur və fəaliyyətsiz halda arılar şanın üstünə oturur, yaxud pətəyin qabağında toplaşırlar. Arıların belə vəziyyəti bal toplama dövründə onların məhsuldarlığının azalmasına səbəb olur.
    Beçə qrupuna daxil olan arılar 4 günlükdən 22 günlüyə qədərdir. Dörd gündən cavan və 22 gündən yaşlı arılar köhnə yuvalarında qalırlar. Beçə pətəkdən çıxmazdan əvvəl çinədanlarını balla doldururlar. Beçə ilə pətəkdəki arıların yarısına qədəri, xüsusilə beçəvermə ərəfəsində işsiz qalan cavan arılar gedirlər. Pətəkdə isə adətən uçuş arıları və sürfə yemləyən cavan arıların bir hissəsi qalır. Ilk beçə birinci ana qovuqcuğunun möhürlənməsindən sonra əvvəlki ana ilə sakit havada gündüz saat 10-14-də gedir. Beçə ana ilə birlikdə pətəkdən çıxaraq yaxınlıqda ağacın budağına toplaşırlar. Sonra pətəyin başqa arıları da gəlib onlara qoşulurlar. Əgər ana uçub getmirsə, beçə arıları yenidən pətəyə qayıdırlar. Kəşfiyyatçı arılar beçə üzərində səfərbəredici rəqs edib yeni yaşayış yerinin istiqamətini və məsafəsini onlara bildirdikdən sonra beçə uçub gedir.
    Bal arıları niyə beçə verirlər? Bir çox tədqiqatçıların fikrincə buna səbəb aşağıdakılardır
• Çoxalma instinktin olması
• Irqin irsi xüsusiyyətinə görə
• Pətəklərdə yumurta qoyulacaq yerlərin azalması səbəbilə, işçi arıların çalışma nizamlarının pozulması
• Aclıq əlamətlərinin başlaması
• Pətəkdə havalandırma zəif olduğu üçün pətək içində rütubətin artması
• Pis hava şəraiti olduqda arıların uçuşa çıxmaması və pətəkdə sıxlığın artması
• Pətəkdə zəif bir ana arının olması səbəbindən ailənin ananı dəyişdirmə istəyi
• Yüksək miqdarda istifadə edilən dərman iyinin pətəkdə çoxalması
• Ana arının yaşlı olması səbəbilə ifrazat etdiyi feromonun azalması və ya sıxlığı nomaldan çox olan ailələrdə yetəri qədər təsirinin olmaması və beləcə beçəverməyə nəzarət edilməməsi kimi səbəblər vardır.
    Bəzən arı ailəsi bir mövsümdə 4-5 dəfə beçə verə bilir. Təcrübəli arıçılar arıxanada təbii beçəvermənin qarşısını alırlar. Çünki belə hal bal yığımına mənfi təsir göstərir. Onlar vaxtındaca özləri ayırma beçə götürür və onu əsas bal yığımına hazırlayırlar. Təbii beçəverməyə qarşı aparılan əsas tədbirlərdən biri də mayalanmış ana ilə beçə ayırmaqdan ibarətdir. Yaz –yay mövsümündə alınmış cavan analı ailələr beçəverməyə az meyilli olurlar və ya beçə vermirlər.
    Arı ailəsinin beçə vermə arzusunu azaltmaq və bu yaradan səbəbləri aradan qaldırmaq üçün bəzi tədbirlər görülür. Bunun üçün beçə verməyə hazırlanan bir pətəkdə ediləcək ilk iş, pətəyin iç həcmini genişlətməkdir. Bunun üçün pətəkdə olan nizamsız hörülmüş şanlı çərçivələrdən və qapalı körpə şanlı çərçivələrdən bir neçəsi götürülür. Götürülən körpə şanlı çərçivələr zəif arı ailəsinə verilir. Pətəkdə arıları işlə təmin etmək üçün boşalan yerlerə təzə hörülmüş şanlar (yaxud süni şanlı çərçivələr) qoyulur. Beləcə ana arının yumurta qoyma yeri genişlənmiş olur.
Arıçı,arı ailəsində beçəverməyə səbəb olacaq ana arı üsküyünün yaranmasının qarşısını ala bilsə, təbbi beçəvermənin də qarşısını almış olur. Beçəvermənin qarşısını almaq üçün digər tədbirlər də görülməlidir.
     Pətəkdə havalandırma sistemini qurmaq üçün pətəyə gövdə (əlavə üslük) qoyulmalıdır. Istilər artdıqca uçuş bacası ilə yanaşı havalandırma dəliyi də açılmalıdır.Həddindən artıq istiliyə məruz qalmaması üçün pətəklərin üzəri yarpaqlar və ya quru otlarla örtülməlidir. Arı ailələrində daima gənc ana arı olmalı və beçəvermə meyili az olan arı irqləri tərcih edilməlidir.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.