Dil seçimi
en az
işığı
yandır söndür

ARI AİLƏLƏRİNİN BÖLÜNMƏSİ. YENİ ARI AİLƏLƏRİNİN YARADILMASI

                                                  Ð�мÑ�ARI AİLƏLƏRİNİN BÖLÜNMƏSİ. YENİ ARI AİLƏLƏRİNİN YARADILMASI

        Erkən yazda arı ailələrinin çoxalmasında  üstünlük təşkil edən üsullardan biri süni yolla beçə verilməsidir. Adətən süni beçə vermə iki şəkildə aparılır.

  1. Körpə və arılı çərçivələrlə hazırlanan arı ailəsi
  2. Sadəcə arılardan ibarət olan paket beçə ailəsi

        Hər iki üsulda da beçə vermə çox güclü ailələrdən bərabər sayda açıq və qapalı körpə çərçivə ilə ballı və polenli çərçivələr seçilərək verilməli və beçələrə mütləq döllənmiş ana arı verilməlidir. Süni beçə verimində (alma) diqqət ediləcək ən vacib şərtlərdən biri də doğru zamandır. Ən ideal süni beçə vermə zamanı, nektar axımından (əsas bal gəlirindən)  əvvəlki gündür.

             Körpə və arılı çərçivələrlə hazırlanan arı ailəsi

         Güclü  bir arı ailəsinin ana arısı götürüldükdən sonra ,ailədə olan bağlı körpə arılı çərçivələrdən ən az 4-5 dənəsi arılarla  bərabər boş  bir pətək içinə  üsuluna görə qoyulur. Diqqət edilməsi gərəkən məsələ, ana ailənin anasının ,ayrılan  ailədə  qalmasını təmin etməkdir.  Alınan çərçivələrin hər iki yanına bir ballı polenli çərçivə yerləşdirilir. Ayrıca 2 çərçivəyə qədər də gənc işçi arı da əlavə edilir. Bu cür arı ailəsi ayırmada  mayalanmış  ana arı vermək  imkanı yoxdursa, bölgü işi yumurtalı, süfrəli arılı çərçivələr ilə aparılır. Anasız qalan arılara ana arı yetişdirmək imkanı verilir. Bu isə 30 günlük vaxt itkisi deməkdir. Bu dövr çiçəklənmə vaxtına düşdüyündən tərcih edilmir. İtirilən müddəti qısaltmaq üçün hazır ana gözləri istifadə edilir. ( Bu vəziyyətdə də ana arının cütləşmə vaxtı  itməsi kimi bir riskin olduğu unudulmamalıdır).

             Arılardan ibarət olan paket beçə ailəsi

          İkinci növ beçə verimində gənc işçi arılar ayırma qutusuna (отводок)   alınırlar. Alınan arılar beçə pətəklərinə yerləşdirilir. Bu qutulara eyni zamanda qəfəs içində döllənmiş ana arı da yerləşdirilir. Gərək qəfəsdəki ana arının, gərəksə də beçənin qidalanması üçün beçə qutularına kq ilə ifadə edilən (1 Kq, 2 Kq və s.) miqdarda gənc işçi arı doldurulur. Bunlar daha sonra pətəklərin olduğu yerə köçürülərək, oraya boşaldılır.Hər iki tip beçə verimində mütləq arı ailəsi bəslənməli, döllənmiş ana arı istifadə edilməli və ana arılar yumurtalamaya başladıqdan sonra mümkün olduğu qədər  yerləri dəyişdirilməməlidir.

Arı ailəsi ayırmada ana arının yaşı, irqi kimi xüsusiyyətləri bilindiyi üçün ,damazlıq işlərində bu ailələrdən faydalanmaq olar. Beləcə zamansız çıxan təbii beçə verimindəki çətinliklər, arı ailələrinin bal mövsümündə zəifləmələri və bal verimində azalma kimi problemlərin qarşısını alacaqdır.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.