Dil seçimi
az en
işığı
yandır söndür

İstanbul Bal və Arı Məhsulları Sərgisi

�м�

 

22-24 Noyabrda Türkiyənin İstanbul şəhərində “İstanbul Bal və Arı Məhsulları Sərgisi” keçirildi. Türkiyə Arıçılar Birliyi (TAB) tərəfindən təşkil olunan sərgidə əsas məqsəd bal və arıçılıq avadanlıqlarını xalqa bir daha tanıtmaq idi. Bal və arı məhsulları istehsalçılarının bir araya gəldiyi sərgiyə Azərbaycandan arıçılıq sahəsində böyük rola malik olan Elxan Ələkbərov, Lətif  Lətifov, Qəzənfər Yusifov və Qabil Hacıyev iştirak etmişdir.

Həmçinin, Azərbaycan stendində Qinyətoğlu balı və Azərbaycan istehsalı olan A-Bio Vitamin böyük maraq doğurmuşdur. Azərbaycandan dəvət alan arıçılar bundan  sonra da Türk Arıçılar Birliyinin təşkil edəcəyi sərgilərdə iştirak etmək qərarına gəldilər.

 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.